Finlandiya ABŞ-dan F-35-lər alacaq

06:00 11-12-2021 363

Finlandiya ABŞ-ın “Lockheed Martin” şirkətindən F-35 qırıcıları alacaq.

Müvafiq qərar Finlandiya hökuməti tərəfindən bu gün qəbul edilib. Ümumilikdə 64 təyyarənin alınacağı qeyd olunur.

Təyyarələrin 2025-2030-cu illərdə tədarükü planlaşdırılır. Finlandiya hökuməti bu məqsədlə 10 milyard dollar vəsait ayıracaq.

Mənbə: RT