ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

09:00 11-12-2021 371

ABŞ Maliyyə Nazirliyi Moskvada yerləşən YUSTO Avropa İnstitutu və onun rektoru Dmitri Soyin də daxil olmaqla, 15 fiziki və on hüquqi şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Onlar Şimali Koreya ilə əlaqələrə görə sanksiyaya məruz qalıblar.

Nazirlik İnstitut və onun rəhbərini KXDR-dən olan yüzlərlə inşaat işçisinə tələbə vizalarının verilməsini təşkil etməkdə gühanlandırıb.

Qeyd edək ki, “YUSTO Avropa İnstitutu” 1995-ci ildən universitet, 2012-ci ildən isə institut kimi qeydiyyatdan keçmiş qeyri-dövlət ali təhsil müəssisəsidir.

Mənbə: RBK