Almaniyada aksiyaçılara qarşı polis zorakılığı - VİDEO

18:00 11-12-2021 405

Sosial şəbəkələrdə Almaniya polisinin aksiyaçılara qarşı kobud rəftarı ilə bağlı görüntülər paylaşılıb. 

Videoda dinc aksiya keçirən üç-beş nəfərin polislər tərəfindən mühasirəyə alındığı, vətəndaşlardan birinin isə qəddar şəkildə əl-qolunun bağlandığı qeydə alınıb.

Buna etiraz edən yaşlı qadın da cavabsız qalmır. Kadrlarda xüsusi təyinatlılardan birinin onu amansızcasına yerə yıxdığı görünür.

Görüntülər sosial istifadəçilər tərəfindən böyük narazılıqla qarşılanıb.