İmişlidə avtomobil traktora çırpılıb, xəsarət alanlar var

01:00 15-12-2021 411

İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bəhrəmtəpə - Beyləqan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “İsuzu” markalı minik avtomobili qarşıda gedən traktora çırpılıb.

Qəza nəticəsində Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Camalov Ceyhun Əsgər oğlu və 1993-cü il təvəllüdlü Orcuyev Xalid Sərxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.