ÜST: “Omikron” dünyanın əksər ölkələrinə yayılıb

02:00 15-12-2021 401

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib ki, koronavirusun yeni “Omikron” ştammı hələ rəsmi olaraq müəyyən edilməsə də, dünyanın əksər ölkələrində geniş yayılıb.

“Bu günə qədər 77 ölkə “omikron”a yoluxma halları barədə məlumat verib və reallıq budur ki, yeni ştamm hələ rəsmən müəyyən edilməsə belə, əksər ölkələrdə artıq mövcuddur. “Omikron” digər variantlardan daha sürətlə yayılır”, - deyə təşkilat sədri bəyan edib.

Qeyd edək ki, noyabrda Cənubi Afrikada tapılan koronavirusun yeni B.1.1.529 variantı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “narahatlıq doğuran” kimi təsnif edilib və “omikron” (yunan əlifbasının hərflərindən biri) olaraq adlandırılıb.

Mənbə: “RİA Novosti”