28 ildən sonra Cəbrayıla ilk qatar yola düşüb? - VİDEO

15:00 18-12-2021 455

28 il sonra Cəbrayıl rayonu ərazisindən sərnişin qatarının keçdiyi iddia olunub.

HerGun.Az xəbər verir ki, həmin qatarın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Azərbaycan Dəmir Yolları QSC yayılan videoya münasibət bildirib.

Qurumdan HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə hazırda qatarlar Horadiz stansiyasına qədər hərəkət edir:

“Görüntülər Horadiz-Ağbənd dəmir yolunun tikintisi və layihələndirilməsi işləri ilə əlaqədar iş prosesi zamanı qeydə alınıb. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən dəmiryol xəttinin çəkilməsi istiqamətində işlər həyata keçirilir. Yayılan görüntü həmin işlərin gedişatı zamanı qeydə alınıb. Videodakı qatar dəmir yollarının təmiri və istismarı işlərini həyata keçirən təsərrüfat (işçi) qatarıdır”.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli