Şəmkirdə qəza: 18 yaşlı gənc yaralandı

01:00 19-12-2021 380

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, “VAZ-2106” markalı avtomobil körpü yaxınlığında idarəetmədən çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü K.Həsənzadə və 2003-cü il təvəllüdlü T.Namazov xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Qəza zamanı nəqliyyat vasitəsinin sürücüsü isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.