“Saudi Arabian Airlines” aviamarşrutlarını dəyişir

05:54 23-06-2019 866

Səudiyyə aviaşirkəti “Saudi Arabian Airlines” təhlükəsizlik məqsədi ilə Hörmüz boğazı və Oman körfəsinin İranın nəzarəti altında olan hava məkanında uçuşları dayandırır. 

Bu barədə TASS “Al Arabiya” telekanalına istinadla xəbər verir.

Telekanalın mənbəyinin verdiyi məlumata əsasən, görülən tədbirlər nəticəsində reyslər dayandırılmayacaq, sadəcə olaraq, İranın hava məkanından keçən aviamarşrutlar dəyişdiriləcəklər.

Xatırladaq ki, İran üzərində Amerika pilotsuz uçan aparatı “Global Hawk”-ın vurulması ilə bağlı xəbər yayıldıqdan sonra, cümə axşamı ABŞ vətəndaş aviasiyasının Federal İdarəsi regionda uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə öz tövsiyələrini yayıb.