İranda koronavirusun “Omikron” variantı tapıldı

03:00 20-12-2021 364

İranın paytaxtında koronavirusun “Omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.

Bu barədə bazar günü İran Səhiyyə Nazirliyi yanında Yoluxucu Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyya məlumat verib.

“Bu səhər İranda qonşu ölkədən yenicə qayıtmış Tehrandan olan həmyerlimizdə ilk dəfə “Omikron” ştammı tapılıb”, - deyə o, nazirliyin fövqəladə iclası zamanı bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni B.1.1.529 variantını narahat edici kimi qiymətləndirərək onu yunan hərfi ilə “Omikron” adlandırıb.

ÜST-ün məlumatına görə, yeni ştammın yayılması ilə bağlı ümumi qlobal risk çox yüksək qiymətləndirilir.

Mənbə: “RİA Novosti”