Bakıda avtomobillə vurulan motosikletçinin ayağı sınıb

07:00 20-12-2021 382

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində 1995-ci il təvəllüdlü Məmmədzadə Sabir Qabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün sınığı və qapalı-kəllə beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.