“Omikron” Gürcüstana da çatdı

18:00 20-12-2021 384

Gürcüstanda koronavirusun “Omikron” ştammına yoluxma aşkarlanıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, infeksiya xaricdən gələn iki nəfərdə qeydə alınıb:

“Onlar ABŞ və Yaxın Şərqdən gələn iki Gürcüstan vətəndaşıdır. Hər ikisi təcrid olunub. Hazırda onların ünsiyyətdə olduğu 26 nəfər araşdırılır”.

Xatırladaq ki, koronavirusun “Omikron” variantına digər qonşularımız- Türkiyə, Rusiya və İranda da rast gəlinib.

Mənbə: Sputnik Gürcüstan