Azərbaycan Rusiyaya tibbi oksigen göndərib - FOTO

21:00 20-12-2021 415

Azərbaycan yardım olaraq Rusiyanın Stavropol diyarına ilk partiya tibbi oksigen göndərib.

Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov öz “Instagram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, oksigen artıq boşaldılıb və tibb müəssisələri arasında bölüşdürülür.

V. Vladimirov vurğulayıb ki, Yeni il bayramları üçün oksigen ehtiyatı yığmaq lazımdır, ona görə də aidiyyatı qurumlar bu məsələni xüsusi nəzarətdə saxlayır.