Bakıda avtomobil 42 yaşlı kişini vurub

23:00 21-12-2021 530

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Cəlilov Pərviz Fəyyaz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.