Rusiyada koronavirusa qarşı peyvənd məcburi oldu

05:00 22-12-2021 475

Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı peyvənd də daxil olmaqla epidemioloji göstəricilər üçün peyvənd təqvimini təsdiqləyib. Sərəncam hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənədə əsasən koronavirusa qarşı məcburi peyvənd üçün birinci dərəcəli prioritetlərə yaşı 60-dan yuxarı vətəndaşlar, tibb işçiləri, sosial xidmət və təhsil işçiləri, xroniki xəstəlikləri olan şəxslər, bir milyondan çox əhalisi olan şəhərlərdə yaşayan vətəndaşlar daxildir.

RF Milli peyvənd təqviminə 12-17 yaş arası yeniyetmələr üçün koronavirus peyvəndi də daxil edilib. Qeyd olunur ki, bu, könüllü şəkildə və valideynlərdən birinin və ya qanuni nümayəndənin yazılı müraciəti əsasında həyata keçiriləcək.

Mənbə: Lenta.ru