Ceyhun Bayramov: “Azərbaycan – İran ticarət dövriyyəsinin həcmi 23 faiz artıb”

21:00 22-12-2021 483

“Azərbaycanla İran arasındakı münasibətlərin əsasını dərin tarixi köklər, mədəni-tarixi bağlılıqlar təşkil edir”.

HerGun.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla İran arasında bir sıra sənədlər imzalanıb.

Ceyhun Bayramovun sözlərinə görə, bu gün iranlı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi müzakirə olunub.

“Ölkələrimiz arasındakı münasibətlərdən danışarkən biz iqtisadi-ticari əlaqələri qeyd etməliyik. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin həcmi 23 faiz artıb”, - deyə Ceyhun Bayramov əlavə edib.

Aqşin Kərimov