Karlos Qona qarşı daha bir ittiham qaldırıldı

06:36 23-06-2019 1179

“Renault-Nissan-Mitsubishi” alyansının sabiq rəhbəri Karlos Qon Fransa şirkətinin vəsaitindən 3 mln dollardan artıq mənimsəməkdə şübhəli bilinir. Bu barədə “Asahi” xəbər verir.

Nəşrin məlumatına əsasən, Qon 2017-ci ildə “Renault”-nun prezident fondundan 3,25 mln dollar mənimsəyib.

Bildirilir ki, Qon bunu 6,5 mln dollar ötürmə edərkən, dələduzluq sxemi ilə həyata keçirib. 

Göstərilən məbləğ müqavilədə qeyd edilmədən, bonus qismində ötürülüb.