Türkiyə genişmiqyaslı antiterror əməliyyatına başladı

17:00 28-12-2021 349

Türkiyə Daxili İşlər Nazirliyi Şırnakda “Eren Kış-13” əməliyyatına başladığını açıqlayıb.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, Şırnak Jandarma İdarəsinin rəhbərliyi və idarəçiliyində başlanan əməliyyatda jandarma komando, jandarma xüsusi əməliyyat və mühafizə qruplarından ibarət 516 nəfər şəxsi heyət və 43 əməliyyat qrupu iştirak edir.

Əməliyyat PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə sığınan terrorçuları zərərsizləşdirmək məqsədi daşıyır.

Mənbə: Anadolu