Bir milyon dollar mənimsəməkdə təqsirləndirilən azərbaycanlı Rusiyadan çıxarıldı
Bir milyon dollar mənimsəməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiyadan çıxarılıb.
Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib:
“A.N.Tupolev adına Vnukovo beynəlxalq hava limanında Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiya Federasiyasının qanunvericiliyini pozduğuna görə inzibati qaydada ölkədən çıxarılıb. O, ölkəsində dələduzluqda ittiham olunur”.
Azərbaycan tərəfinin bildirdiyinə görə, 2013-cü ilin martında Quliyev özünə biznes qurmaq adı ilə tanışından 1 milyon dollardan artıq borc götürüb, lakin pulu qaytarmayıb.
“Dələduzluqda ittiham olunduqdan sonra o, “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib”, - deyə bildirilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxsin Moskva şəhərində yaşadığı müəyyən edilib. 2021-ci ilin oktyabrında Quliyev saxlanılıb.
Mənbə: TASS