Ərdoğan Putinlə İdlibdəki vəziyyətdən danışdı: "Türkiyəyə çox ciddi təhdiddir"

15:54 23-08-2019 477

Suriyanın İdlib bölgəsindəki hücumlar Türkiyənin milli təhlükəsizliyinə çox ciddi təhdid törədir.

"Hürriyet" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığı zamanı deyib.

Prezidentlər telefon söhbətində Suriya və Liviyadakı hadisələri, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

R.T.Ərdoğan bildirib ki, Suriya rejiminin İdlibdə atəşkəs rejimini pozması və hücumları böyük humanitar böhran yaradıb.

Onun sözlərinə görə, bu hücumlar Suriyada münaqişənin nizamlanması səylərinə zərər verir və Türkiyənin milli təhlükəsizliyi baxımından çox ciddi təhdidə çevrilib.