Hirkan Milli Parkında yanğın söndürülüb: Təngivanda tüstülənmə var

16:36 23-08-2019 389

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğın tamamilə söndürülüb.

Parkın direktoru Azər Mirzəyev HerGun.Az-a açıqlamasında bildirib ki, yanğın başa çatsa da, ərazi nəzarətdə saxlanılır:

“Parkın ərzaisində yanğın olmasa da, qonşuluqdakı Lənkəran rayon, Təngivan kəndində tüstülənmə var.

Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar”.

Qeyd edək ki, avqustun 20-si saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkında, Lənkəran Təngivan kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanıb.