İş adamı Emil Səməndərov: “Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının gücünü BİR DAHA GÖRDÜ - "TEKNOFEST Azərbaycan"la"

11:57 01-06-2022 2096

“''TEKNOFEST Azərbaycan'' Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda baş tutması iki ölkə arasındakı güclü əlaqədən, əsl qardaşlıqdan xəbər verir. 

Əminliklə deyə bilərik ki, bu festival Azərbaycan və Türkiyə arasında dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək”. 

32gun.az xəbər verir ki, bununu iş adamı, tanınmış sahibkar Emil Səməndərov deyib. 

TEKNOFEST: Əliyev və Ərdoğanın imzası

E.Səməndərov həmçinin qeyd edib ki, “TEKNOFEST Azərbaycan”ın keçirilməsi Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsinin reallaşdırılmasında mühim töhfə olacaq: 

“Bu festival gənclərin innovasiyalar və yeni texnologiyalar sahəsində biliklərini artırmaq, bu sahədə özlərini sınamaq, arzularını gerçəkləşdirmək üçün yeni imkanlar yaradır. 

Prezidentlər “TEKNOFEST Azərbaycan” festivalında iştirak etdilər | Kaspi.az

Bilindiyi kimi, hazırkı dövrdə elmin, yeni texnologiyaların, yeni ideyaların  ölkələrin inkişafında rolu böyükdür. 

Bunu nəzərə alaraq qeyd etmək olar ki, hər bir yeniliyə açıq olan iki qardaş ölkə  gənclərin inkişafına xüsusi diqqət göstərir. 

Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da festivalda vurğuladı ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.

Prezidentlər və Birinci xanımlar “TEKNOFEST Azərbaycan”da xatirə fotosu  çəkdirib -

Bu tədbir aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, eyni zamanda bu sahələrdə sahibkarlığın təşviq edilməsi baxımından da əhəmiyyət kəsb edir. 

Həmçinin vurğulamaq yerinə düşər ki, “TEKNOFEST”in Azərbaycanda keçirilməsi, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Azərbaycana gəlməsi, cənab Prezident İlham Əliyev tərəfindən bu vətənpərvər şəxslərin gənclərə örnək kimi göstərilməsi vacib, tarixi hadisə idi”.
İş adamı sonda onu davurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyə çatmasında hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. 

MillətinSəsi.info