Neftçalada bu kəndlərin yolları yararsız haldadır - VİDEO

19:27 23-08-2019 503

Neftçala rayonu Şorsulu-Qaçaqkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolu yararsız vəziyyətə düşüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, yol altı il əvvəl təmir edilib. 

Ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yol sıradan çıxıb.

Uzunluğu 30 kilometrdən artıq olan yolda yaranan çuxurlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Qeyd edək ki, səkkiz yaşayış məntəqəsinin 30 minə yaxın əhalisi məhz bu avtomobil yolundan istifadə edir.