AXI, BU DÜNYANIN NƏYİ GÖZƏLDİ

Novruz bayramı ərəfəsində şair dostum Hidayət Ağalarla Beyləqan rayon Tarixdiyarşünaslıq müzeyində olduq. Hidayət müəllim təzə işiq üzü görmüş şeirlər kitabini muzeyə təqdim etmək üçün özü ilə götürmüşdü.
Muzeyin direktoru Mehriban xanım İsgəndərova ilə görüşdük. Bayram günü olmasına baxmayaraq Mehriban xanımı muzeydə gördük. Onu və işçilərini Novruz bayramı münaslbətilə təbrik etdik.Hər dəfə olduğu kimi söhbət yenə də sözdən, rayon yazarlarının uğurlarından düşdü.
Mehriban xanım bildirdi ki, martın 18-də elə bu məkanda AYB, AJB-in üzvü mərhum şair Vaqif Cəfərlinin doğum günü ilə bağlı tədbir keçirmişik.Tədbirlə bağlı öz fikirlərini söylədi.Vurğuladı ki, Təzəkəndə də Minarə Bayramova adlı yazar bir xanım yaşayır. Elə bu zaman Mehriban xanımın həyat yoldaşı, gözəl ziyalı dostum Tofiq Səfərov da gəldi. Tofiq müəllim sözə, söz sənətinə bağlı insandır. O, da öz fikirlərini bildirdi. Şond Tofiq müəllim və Hidayət müəllimlə birlikdə Minarə xanımın şeirlərinə səyahət etdik. Bir şeirini oxucularımııza tqdim ediirik.
Çoxdu bu dünyaya meydan oxuyan,
Dünyanı dağıdan, onu talayan.
Haqqı, ədaləti kor edir yalan,
Axı, bu dünyanın nəyi gözəldi?
Möhtəşəm saraylar, köhnə daxmalar,
Varlını yoxsulu seçib ayırar.
Kül olub beşikdə körpə xəyallar,
Axı, bu dünyanın nəyi gözəldi?
Şəri lənətldik, xeyrə əl atdıq,
Yalanlar içində günaha batdıq.
Bir kərə inandıq, yüz yol aldandıq,
Axı, bu dünyanın nəyi gözəldi?
Zülm ilə əsarət verib baş-başa,
Atıblar zərləri, verib şeş qoşa.
Nadanlar çoxalıb çıxıbdı başa,
Axı, bu dünyanın nəyi gözəldi?
Açılmaz qönçələr şaxtada, qarda,
Umudlar, arzular qalıb gümanda,
Sevgi unudulub, itib dumanda,
Axı, bu dünyanın nəyi gözəldi?
Minarə Bayramova,
Beyləqan rayonu Təzəkənd tam orta məktəbin dil ədəbiyyat müəllimi.