PRESPEKTİVLİ  GÜLƏŞÇİ

22:30 30-11-2023 426

      19-22 may 2023-cü il tarixdə  “Çempion” kəməri uğurunda  açıq birincilikdə Bakı şəhərində sərbəst  güləş növü üzrə turnirə start verilib.  “Çempion” kəmərinə sahib olmaq üçün  ölkəmizin  ən güclü  pəhləvanları bu turnirə  qoşulub.  Beyləqan güləş məktəbinin  yetirməsi Ağazadə Nurlan Nadim oğlu da  61 kq çəki dərəcəsində bu turnirə qatılaraq bütün rəqiblərinə qalib gələrək “Çempion” kəmərinə sahib olmuşdur. Xatırladaq ki,  Nurlanın  məşqçi müəllimi  Azərbaycanın idman ustası, sərbəst güləş üzrə dünya üçüncüsü, Avropa ikincisi İsrafilli Bəxtiyar Elman oğludur. Bəxtiyar müəllim  Nurlanın prespektivli güləşçi olduğundan söz açdı. Qeyd etdi ki, Beyləqan UGŞİM-nin  direktoru Misir Xudaverdiyev və  Beyləqan Olimpiya İdman  Kompleksinin  direktoru Anar Babanlı gənc nəslin  idmanla  daha yaxından  məşğul olması üçün əllərindən gələni edirlər ki, gənclərimiz Avropa, dünya və beynəlxalq yarışlarda iştirak edərək  Azərbaycan bayrağını zirvələrdə dalğalandırsınlar. Bunun üçün ölkəmizdə və eləcə də Beyləqanda  idmançıiara hər cür  şərait yaradılıb.

    Sərbəst güləş üzrə “Əməkdar məşqçi” Nofəl Hüseynov da   Nurlana böyük ümid bəslədiyini bildirdi. Nurlanın gələcəkdə daha böyük  uğurlar qazanacağını qeyd etdi..

       Bu günlərdə Nurlanla görüşüb onu  bu  möhtəşəm qələbə münasibəti ilə təbrik etdik. Nurlan  ilk olaraq  sərbəst güləş müəllimi Bəxtiyar İsrafilliyə öz minnətdarlığını bildirdi. Bildirdi ki, gərgin  məşqlərin sayəsində “Çempion ” kəmərinə iayiq görüldüm. Müəllimimin etimadını doğrultmaq üçün  var gücümlə təlim-məqlərdə məşqlərimi davam etdirirəm.Onu da qeyd edim ki, bu il gənclər arasında Respublika  üçüncüsü olmuam.

22  noyabr 2023-cü il tarixdə sərbəst güləş üzrə  böyüklər arasında keçirilən Bakı birinciliyində II yerə layiq görüldüm.Turnirdə  ən güclü rəqiblərimdən bir  Qasımlı Ağa idi ki, o, gənclər arasında Avropa II olub. Onunla güləşimiz  ağır keçsə də  10 xal hesabı ilə rəqibimə qalib gəldim.

     Nurlan Ağazadəyə  gələcəkdə  daha böyük yarışlarda  qələbələr qazanaraq Azərbaycanın üç rəngli  ay-ulduzlu bayrağını zirvələrdə dalğalandırmağı arzulayırıq. Uğurların daha  çox olsun, Nurlan. Gün o, gün olsun ki,  qələbə sorağın Avropa və dünya birinciklərindən gəlsin.