ŞƏHİD PƏRVİN ƏLİYEV KİMİ QƏHRƏMAN OĞULLARIN VAR, VƏTƏN
44 günlük Vətən müharibəsindən üç il ötür. Bu üç il elə bil ki, dünən idi.Bu 44 günlük müharibəni hər gün xatırlayırıq. Axı , 44 günlük müharibə xalqımıza qələbə sevinci bəxş edib, 44 günlük müharibə bizim üzərimizdən qara ləkəni götürüb, 44 günlük müharibə itirilmiş torpaqlarımızı bizə qaytarıb. Başda Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev olmaqla Müzəffər Ordumuz 44 gün ərzində mənfur erməni işğalçılarını doğma ata-baba torpaqlarımızdan təmizləyərək yurdumuza, elimizə-obamıza Qələbə sevinci bəxş edib.Çox təssüflər olsun ki, bu müharibə zamanı şəhidlərimiz də oldu –Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz də oldu. Allah qazilərimizə şəfa versin.Şəhidlərimizi, qazilərimizi yad eləmək, onların evlərində olmaq, onların qayğıları ilə tanış olmaq hər birimizin borcudur.
30 noyabr 2023-cü il tarixdə Şəhid Əliyev Pərvin Vüqar oğlunun ev muzeyində olduq.Bizi şəhid Pərvinin atası Vüqar Əliyev qarşıladı və evə dəvət elədi. Otağa daxil olduq. Şəhidimizin anası Abıyeva Zəmanə Qəni qızı ilə salamlaşdıq. Sonra Şəhid Əliyev Pərvinin ev muzeyi ilə tanış olduq. Burada şəhidimizə aid kitablar, şəkillər, diplomlat, şəhidimizə aid əşyalar, eksponatlarla tanış olduq.
Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon sektorunun müdiri Elvin Abbasov, ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov rəbərlik etdikləri idarələr adından şəhidimizin ev muzeyinə diplomlar təqdim etdilər.Bildirdilər ki, neçə ki Azərbaycan var, şəhidlər xalqımızın qəlbindədirlər. Sonar şəhidlərimizə Allahdan rəhmət dilədilər.
Azərbaycanın Fəxri Bədən tərbiyəsi və idman işçisi Rizvan Ələkbərov, AYB,AJB-nin üzvü , hergun.az saytının rəhbəri, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu bildirdilər ki, şəhidlərimizi xatırlamaq, hər birimizin borcudur. Şəhidlərimizin sayəsində bu gün alnı açııq gəzə bilirik, onların sayəsində qəhrəman xalqıq, deyə bilirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sonra şəhidimizin adını daşıyan stadionda olduq. Burada da şəhidimizin ata-anası ilə xatirə şəkilləri çəkdirdik. Vətən səninlə fəxr edirik. Fəxr edirik ki, şəhid Pərvin Əliyev kimi qəhrəman oğulların var, Vətən! Başımıızı uca edən şəhidlərimizin qarşısında baş əyirik.