Qazaxda zibillikdən xeyli hərbi sursat tapıldı

22:18 25-08-2019 21

 

Qazax rayonunun Xanlıqlar kəndinə, "Asfalt zavod" adlanan ərazidə çoxlu sayda hərbi sursat tapılıb. 

"ANAMA"dan verilən xəbərə görə, avqustun 24-də Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olan müraciətdən sonra agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları ərazidəki məişət tullantıları sahəsinə baxış keçiriblər. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 116 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), 1 ədəd tank əleyhinə mina (TM-57), 7 505 ədəd müxtəlif çaplı patron, 7 ədəd boş və təlim məqsədli mərmi və qumbaralar, 506 qram partladıcı, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar aşkar olunub. 

Havanın qaraldığından əməliyyat-axtarış tədbirləri səhərsi - avqustun 25-də avqust tarixində də davam etdirilib, nəticədə əlavə olaraq 20 ədəd müxtəlif çaplı patron aşkarlanaraq, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi əşyaların ətrafında 20 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.