Qonşular arasında dava düşdü: qadını döydülər
23:09 25-08-2019 688
Gəncə şəhərində qonşular arasında dava düşüb.
HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə zamanı 1982 ci il təvəllüdlü Pənahova Pərvanə Fəxrəddin qızı döyülüb.
Qadın müxtəlif xəsarətlərlə Gəncə şəhərində yerləşən özəl xəstəxanalarından birinə gətirilib.
Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Qadını döyən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.