Dünyanın ən yaraşıqlı kişisi seçildi: dahilərin IQ-nə sahibdir - FOTO

11:36 26-08-2019 987

Ötən gecə Filippində "Mister World 2019" müsabiqəsi keçirilib.

HerGun.Az xəbər verir ki, yarışmanın qalibi 21 yaşlı ingiltərəli Cek Heslevud olub.

Xarizması və yaraşıqlı bədən quruluşu ilə münsiflər heyətini valeh edən Cek digər yarışma iştirakçılarını kölgədə qoyaraq, "Mister Word 2019” tituluna layiq görülüb.

Kosmik texnologiya mühəndisi olan Cek Heslevudun IQ-sü 181-dir.

Qeyd edək ki, 140-dan çox IQ-ya sahib olan şəxslər elm dünyasında dahi olaraq qəbul edilir.

Rəşad Əliyev