Futbolda hakimləri robotlar əvəzləyə bilər

16:18 26-08-2019 1232

FIFA yan xətt hakimlərini robotlarla əvəzləmək niyyətindədir.

Ali qurum bu məsələ ilə məşğul olan xüsusi şöbə yaradıb.

"Robotlar gələcəkdə yan xətt hakimlərini tam əvəz edəcəkmi? Bu, bir gün, həqiqətən də baş verə bilər", - federasiya nümayəndəsi deyib.

Robot-laynsmenlərin futbol oyunlarında nə vaxt debüt edəcəyi hələlik açıqlanmır.

Xatırladaq ki, FIFA 2012-ci ildə qolun avtomatik təyin edilməsi funksiyasını tətbiq edib. 2018-ci ildə isə hakimlərə video-kömək sistemi (VAR) istifadəyə verilib.