Çində həbs olunmuş avstraliyalı yazıçı casusluqda ittiham olundu

06:36 27-08-2019 886

Çində həbs olunmuş avstraliyalı yazıçı Yan Xentsünə qarşı rəsmi olaraq casusluq ittihamı irəli sürülüb.

Bu haqda yazıçının vəkili Rob Stariyə istinadən ABC News telekanalı bildirir.

Avstraliya XİN-in başçısı Meris Peyn məlumatı təsdiqləyib:

“Hökümətimiz akademik Yan Xentsünun həbs olunması və casusluqda ittiham olunmasından çox narahatdı”.

O, bildirib ki, ittihamla bağlı əlavə məlumat hələ ki əldə olunmayıb.