BBC-nin canlı yayımında hörümçək peyda oldu - VİDEO

13:09 27-08-2019 1224

BBC telekanalında müsahibə zamanı kadra hörümçək düşüb.

Maraqlı görüntülər teleşirkətin "Twitter" səhifəsində paylaşılıb.

Belə ki, kanalın əməkdaşı şəhər məsləhətçisi Qrehem Kempbeldən müsahibə aldığı zaman kameranın üzərində hörümçək gəzməyə başlayıb. Bu hal 40 saniyəyədək davam etsə də, Kempbel heç bir reaksiya verməyib.