Pakistan Hindistan üçün hava məkanını bağlamaq niyyətindədir

09:00 28-08-2019 653

Pakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam bağlanmasını nəzərdən keçirir.

RİA Novosti” xəbər verir ki, bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri “Twitter” səhifəsində yazıb.

Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistan ərazisindən istifadəsinə tam qadağa qoymaq təklif olunub.

“Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir. Modi başladı, biz bitirəcəyik! - deyə Çoudxuri bildirib.