Moskvada "Lamborghini" ilə dəhşətli qəza törədən qadının kimliyi bilindi - VİDEO

14:18 30-08-2019 892

Moskvanın mərkəzində "Lamborghini" və BMW avtomobillərinin iştirakı ilə baş vermiş dəhşətli qəzada xəsarət almış qadının şəxsiyyəti məlum olub.

REN TV xəbər verir ki, qəza zamanı "Lamborghini" idman maşınının salonunda biznesmen qadın Marina Melexova olub.

Məlumata görə, o, aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və müxtəlif işgüzar layihələrdə iştirak edir.

İlkin məlumata görə, M.Melexova onurğa sütunundan ciddi travma alıb.

Daha əvvəl verilmiş məlumata əsasən, qadını xəstəxanaya yerləşdiriblər. O, reanimasiyadadır.