Bakıda dostlar arasında kütləvi dava oldu, 1 nəfər bıçaqlandı
23:45 30-08-2019 980
Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.
Hövsan qəsəbəsində bir neçə dost arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu