Qorbaçov və Yeltsenin nəvələri harada yaşayırlar?

11:27 31-08-2019 811

SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun yeganə qızı İrina Virqanskaya artıq 10 ildir Bavariyada yaşayır və Almaniyada Qorbaçov Fondunun işini kurasiya edir.

M.Qorbaçovun böyük nəvəsi Kseniya da ora köçüb.

Kseniyanın qızı Almaniyada birinci sinifə gedib. Onun kolleksiya şərablarından ibarət kiçik mağazası var. Eks-prezidentin kiçik nəvəsi Anastasiya Virqanskaya da əri ilə Berlində yaşamağa üstünlük verib.

Rusiyanın keçmiş Prezidenti Boris Yeltsenin isə iki qızından altı nəvəsi var. Onun böyük qızı Yelenanın uşaqları barədə az məlumat var. Yelenanın iki qızı çoxdan ərə gedib və Moskvada yaşadıqları deyilir.

B.Yeltsenin kiçik qızı Tatyananın oğlu ABŞ-da təhsil alıb, lakin diplom ala bilməyib. Buna görə də Rusiyada bizneslə məşğul olmağa başlayıb. Tatyananın ikinci oğlu Qleb üzgüçülüklə məşğuldur və məşqçi kimi fəaliyyət göstərir. B.Yeltsenin ən kiçik nəvəsi Mariya bu yaxınlarda Avstriyada elit məktəbdən məzun olub.