Pakistanda toydan qayıdan bir ailənin 24 üzvü qəzada ölüb - VİDEO

14:18 31-08-2019 1022

Pakistanda körpü aşarkən toydan qayıdan avtomobilin çaya düşməsi azı 24 nəfərin ölümünə səbəb olub.

Bu barədə "RİA Novosti" agentliyi "Dawn" nəşrinə istinadən yazır.

"Bir ailənin üzvü olan 24 nəfər körpünün aşması və avtomobillərinin çaya düşməsi nəticəsində boğularaq ölüb", - deyə Yuxarı Kuhistan ərazisinin mülki müdafiə başçısı Əhsənul Həq bildirib.

Hadisə cümə günü, axşam saatlarında baş verib. Köhnə vəziyyətdə olan körpü həddən artıq yüklənmiş avtomobilin çəkisinə tab gətirməyib.

Polis və yerli sakinlər həlak olanların cəsədlərini axtarır.