ABŞ beş min hərbçini Əfqanıstandan çıxarmağa hazırdır

15:54 03-09-2019 660

"Taliban" qruplaşması ilə razılaşmanın layihəsinə uyğun olaraq, Birləşmiş Ştatlar 135 gün ərzində Əfqanıstandakı beş bazadan beş min hərbçi çıxarmağa hazırdır.

Bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad "TOLOnews"a müsahibəsində deyib.

"Bəli, biz prinsipial razılaşma əldə etmişik", - deyə o vurğulayıb.

Xüsusi nümayəndənin sözlərinə görə, lakin bu, yekun razılaşma deyil və hələ ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, sentyabrın 1-də Z.Xəlilzad Əfqanıstanın "Taliban" radikal hərəkatı ilə danışıqların doqquzuncu raundunun tamamlandığını bildirmişdi. Onun sözlərinə görə, tərəflər saziş  imzalamaq ərəfəsindədir.