Orenburq təyyarəsində dava salan azərbaycanlının həbs müddəti uzadılıb

20:27 03-09-2019 487

Martın 11-də "Orenburq" hava limanından Moskvaya uçan təyyarədə dava salan və həmin gündən istintaq təcridxanasında saxlanılan azərbaycanlının həbs müddəti uzadılıb.

Təyyarə uçmağa hazırlaşarkən 37 yaşlı sərxoş həmvətənimizin  göyərtədə dava saldığı, söyüş söyüb polislərə müqavimət göstərdiyi görünən video internetdə yayılıb.

Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov da təsadüfən həmin təyyarədə olub və hadisə barədə öz "İnstagram" səhifəsində yazıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib", - deyə deputat bildirib.