Saatlı rayon sakini Bakıda öldürüldü

22:18 03-09-2019 545

Binəqədi rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

Oxu. Az-ın verdiyi xəbərə görə, Saatlı rayon sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu