NATO Baltik dənizində təlimlərə başladı

05:45 04-09-2019 637

Şimali Atlantika alyansının “Northern Coasts” hərbi-dəniz qüvvələrinin təlimləri başlayıb.

Bu haqda NATO-nun mətbuat xidmətinə istinadən TASS xəbər verir.

Təlimlər Şimal və Baltik dənizləri arasındakı Danimarka boğazlarında keçirilir.

Təlimlərdə təxminən 3 min hərbçi və 40 gəmi iştirak edir.

“Northern Coasts” manevrləri 2007-ci ildən bəri hər il keçirilir.