Tramp hidrometroloqların işinə qarışdı

04:09 05-09-2019 380

ABŞ-ın prezidenti Donald Tramp hidrometroloqlarla mübahisə edib.

"RİA Novosti" xəbər verir ki, Ağ Ev rəhbəri "Dorian" qasırğasının ehtimal olunan yolunu əks etdirən xəritəni jurnalistlərə göstərib.

Xəritə də qasırğanın Alabama ştatından da keçəcəyi göstərilib. Daha əvvəl Tramp elə bu səpkidə fikir bildirmişdi və hidrometroloqların tənqidinə tuş gəlmişdi.

Milli hidrometrologiya xidməti isə Alabama əhalisinin təhlükəsizlikdə olduğunu bir daha bəyan edib: "Təkar edirik: "Dorian" Alabama da hiss olunmayacaq. Qasırğa ondan şərqdə qalacaq".