Fransız tələbə zibil qutusunda uzandı və krematoriyaya düşdü

06:36 06-09-2019 454

Fransanın Tuluza şəhərində itkin düşən tələbə işkili halda zibil qutusuna giribmiş.

RİA Novosti” xəbər verir ki, hazırda onun izlərini zibilyandıran zavodda axtarırlar.

Bir həftə öncə 21 yaşlı Etyen Marinin ailəsi onun axtarışlarına başlayıb.

İstintaqa məlum olub ki, tələbə içkili halda trotuarda uzanıb, sonra isə zibil qutusunun içinə dırmaşıb. Gəncin hərəkətləri küçə kameralarına düşüb.

Zibil yığan maşınlar hər səhər qutuları boşaldıb zibil yandıran zavoda aparırlar. İndi hüquq-mühafizə orqanları Etyeni həmin maşında və zavodda axtarırlar. Onun krematoriyada təsadüfü ölümü əsas versiya kimi ciddi araşdırılır.