Ərəb şahzadəsindən güc ismarıcı: İranı 8 saata məhv edə bilərik

08:45 06-09-2019 1125

Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri birbaşa hərbi münaqişə olduğu təqdirdə İranı 8 saat ərzində məhv edə bilər.

Anna-News” xəbər verir ki, bunu Səudiyyə şahzadəsi Abdulla bin Naser əl-Səud bəyan edib.

“Gizli nə varsa – daha qüdrətlidir. Bizim birliyimizin, qətiyətimizin və inkişafımızın qabağlnda heç bir qüvvə dura bilməz”, - şahzadə Twitter səhifəsində belə yazıb.

O, bu ifadələri Ər-Riyadın hərbi qüdrətini əks etdirən yeni analitik hesabatdan götürüb.

Hesabatda həmçinin bildirilir ki, İranın aviasiyası Səudiyyə Ərəbistanı ilə müqaisədə çox zəifdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının qoşunları hazırda Yəməndə husilərə qarşı hərbi əməliyyatlar keçirirlər və bir neçə il ərzində tam üstünlüyü əldə edə bilməyiblər.