Britaniyada hörümçək ölümcül qəzaya səbəb oldu - VİDEO

15:27 07-09-2019 512

Böyük Britaniyada fikri yayınaraq, piyada keçidindən keçən vətəndaşı vurub öldürən kişi üç il müddətində sürücülük hüququndan məhrum edilib.

Bununla bağlı "Daily Mail" nəşri məlumat yayıb. 

2018-ci ilin avqustunda 31 yaşlı Litva əsilli Edvinas Qilius Bradford şəhərində sağa dönərkən, qəfil salonda qarşısında hörümçək görüb. 

Qorxuya düşən sürücü idarəetməni itirib və avtomobili dirəyə çırpıb. 

Dirək yolu keçməyə çalışan 58 yaşlı Canet Kavudun başına düşüb. Huşunu itirən qadın xəstəxanaya yerləşdirilsə də, 13 gün sonra ölüb. 

E.Qilius əməlini etiraf edib. Bradordun kral məhkəməsinin qərarı ilə sürücü üç il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bundan başqa, o, bir il müddətinə ictimai işlərə cəlb ediləcək və 320 fund sterlinq (təxminən 670 manat - red.) cərimə ödəyəcək.