Rusiyalı politoloqdan təklif: Zelenskiyə Nobel verilsin

01:09 09-09-2019 1256

Rusiya politoloqu Stanislav Belkovski "Exo Moskvı" radiostansiyasının efirindən maraqlı bir təklif səsləndirib

Belkovskinin sözlərinə görə,  Rusiya ilə əsirlərin dəyişdirilməsi proqramına görə Ukrayna lideri Vladimir Zelenski Nobel sülh mükafatına layiq görülməlidir.

O qeyd edib ki, Zelenskinin namizədliyini Kommunist Partiyasının Mərkəzi Komitəsinin sonuncu baş katibi Mixail Qorbaçov irəli sürməlidir. Belə ki, Qorbaçov özü də dünyada sülhün möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə həmin mükafatın laureatıdır.

Politoloqun fikrincə, SSRİ-nin eks prezidenti bu imkandan ilin sonunadək istifadə edə bilər. Qorbaçov özü hələlik bu təklifə münasibətini açıqlamayıb. 

Xatırladaq ki, sentyabrın 7-də Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi 35+35 formatında həyata keçirilib.