Bakıda kişini kürəyindən bıçaqladılar

11:09 10-09-2019 52

Bakıda 32 yaşlı kişi bıçaqlanıb.

HerGun.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, M.Rüstəmov küçəsi 20 ünvanında qeydə alınıb. 

1987-ci il təvəllüdlü Bayramov Rafis Rais oğlu naməlum şəxs tərəfindən kürəyindən bıçaq zərbəsi alıb. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Bakı sakini, 2001-ci il təvəllüdlü Hüseynov Vüsal Rasim oğlu saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Könül Cəfərli