Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

18:00 16-06-2019 732

“Mançester Yunayted”in fransalı legioneri Pol Poqba karyerasını digər klubda davam etdirmək niyyətini bir daha təsdiqləyib.

Bu barədə “The Guardian” məlumat yayıb.

“Düşünürəm ki, bu mövsümdən sonra özümü digər yerdə sınamalıyam. Özümə yeni klubda yeni çağırış axtarmaq fikrindəyəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Poqba Fransa yığmasının tərkibində dünya çempionu olub.