Şabranda “Ford” yandı

00:00 15-09-2019 405

Şabranda yük avtomobili yanıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şabran şəhər Şahin Vahabzadə küçəsində qeydə alınıb.

Yanğın Pərvin Nağıyevə məxsus olan, vətəndaş Rafael Məmmədsalahov tərəfindən idarə olunan “Ford Transit” markalı, 99-CT-248 dövlət qeydiyyat nişanlı yük avtomobilində baş verib.

Nəqliyyat vasitəsinin mühərrik hissəsinin elektrik naqilləri alışıb.

Yanğın ərazidəki vətəndaşlar tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.