Əşya satışı saytlarında tanışlıq: “Özünə güvənənlər və ciddi olanlar zəng etsin” - VİDEO

13:54 16-09-2019 1019

 “Gözəl xanımla tanış olmaq istəyirəm”, “Yaraşıqlı oğlanlar, özünə güvənənlər və ciddi olanlar zəng etsin”.

Müxtəlif elan saytlarında belə axtarışlara rast gəlmək mümkündür. Fotolarını və özləri haqqında məlumatları tanışlıq üçün sosial şəbəkələrdə paylaşan insanlar əmlak və əşya satışı üçün nəzərdə tutulan elan saytlarında da aktivdirlər. 

Psixoloqlar bildirir ki, insanların ünsiyyət problemləri olduğundan, həmçinin, özlərini olduqlarından fərqli göstərməyə çalışdıqları üçün bu addımı atırlar.

Psixoloq Fuad Əsədovun sözlərinə görə, bizim cəmiyyətdə illər boyun münasibətlər hər zaman məhdudlaşdırılıb:

“Buna görə də artıq cəmiyyətimiz bilmir ki, bir xanımla və ya bəylə tanış olmanın düzgün yol hansıdır. Əksər hallarda elan saytlarında tanışlıq qurmaq istəyənlər özləri olmurlar, olmaq istədikləri insanları canlandırırlar”.

Tehran Orucoğlu