Bakıda daha bir yeniyetmə evdən qaçdı

16:09 16-09-2019 635

Bakıda 17 yaşlı oğlan itkin düşüb.

HerGun.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, G.Şıxlinski küçəsində yaşayan 2002-ci il təvəllüdlü Səfərov Nurlan İntiqam oğlu saat 15:00-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun atası Səfərov İntiqam məlumat verib.

Faktla bağlı araşdıma aparılır.

Könül Cəfərli